CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrin birləşməsi nə ilə nəticələnəcək - İT mütəxəssisi şərh edir

© Facebook / Emil M. GözəlovİT üzrə mütəxəssis Emil Gözəlov
İT üzrə mütəxəssis Emil Gözəlov - Sputnik Azərbaycan
Abunə olmaq
İT üzrə mütəxəssis Emil Gözəlov deyir ki, Mark bu vəziyyətdən çox da narahat deyil
Emil Gözəlov: “Sosial şəbəkənin qismən birləşəcəyini demək olar”

“Facebook”, “Instagram” sosial şəbəkələri və “WhatsApp” mobil tətbiqi birləşə bilər. Bunu amerikalı proqramçı, milyarder, sözügedən hər üç internet platformanın sahibi Mark Zukerberq planlaşdırır.

İT üzrə mütəxəssis Emil Gözəlov Sputnik Azərbaycan-a deyir ki, son zamanlar “Facebook” digər sosial şəbəkələrlə müqayisədə çöküb: “ “Facebook”un aktiv istifadəçiləri bunu daha yaxşı başa düşürlər. “Facebook”un istifadəçiləri azalsa da, “Instagram” kimi bir platforma da “Facebook”un bazasında olduğu üçün Mark bu vəziyyətdən çox da narahat deyil. Zukerberq bu 3 platformadakı istifadəçilərin bir-biri ilə əlaqə qura bilməsi üçün yeniliklər üzərində işləyir. Yəni bu 3 sosial şəbəkənin qismən birləşəcəyini demək olar. Çoxu elə düşünür ki, bu sosial şəbəkələr birləşərək bir sayt olacaq. Əslində isə, hamısı ayrılıqda öz fəaliyyətini davam etdirəcək. Ancaq “Instagram”dan “WhatsApp” və ya “Facebook Messencer”ə mesaj göndərmək mümkün olacaq”.

Emil Gözəlovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0