Mehriban Zeynalova

“Qaynar xətt”in yaradılması ailədə zorakılığın qarşısını alacaqmı

297
(Yenilənib 17:02 30.01.2019)
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, problemlərin zamanında aradan qaldırılması üçün belə bir xəttin yaradılması vacibdir

“Ailə-məişət zorakılığı ilə bağlı problemlərin zamanında aşkarlanması üçün “qaynar xətt”in yaradılması zəruridir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib

“Belə nömrələri yalnız dövlət qurumları ala bilər. Çünki “qaynar xətt” 3 rəqəmdən ibarət olur. Lakin hansısa bir quruma “qaynar xətt” verilməsi o demək deyil ki, bütün məsuliyyəti onlar daşıyacaq. Həmin qurum problemin həlli üçün şikayəti istiqamətləndirəcək. Bir sıra problemlərin zamanında aradan qaldırılması üçün belə bir xəttin yaradılması vacibdir. Düşünürəm ki, problemin dərhal müəyyən edilməsi üçün bu “qaynar xətt”ə peşəkar işçiləri cəlb etmək lazımdır. Bu gün ən effektiv fəaliyyət göstərən “qaynar xətt”lərdən biri 102-dir. Bura daxil olan şikayətlərə dərhal reaksiya verilir, müəyyən yardım göstərilir. Lakin bu gün vətəndaşlar bir çox problemlərə görə 102-yə zəng edirlər. Bu səbəbdən, düşünürəm ki, həmin problemləri dinləyəcək “qaynar xətt”in yaradılması həm də 102 xidmətinin yükünü azaltmış olar” - deyə o bildirib.

Mehriban Zeynalovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

297