Məryəm Məcidova: “İnformasiya çoxluğu gəncləri çaşdırır”

© Photo : Courtesy of Maryam MejidovaMəryəm Məcidova
Məryəm Məcidova - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova deyir ki, çox sayda gənc təşkilatların keçirdiyi layihələrdən faydala bilirlər
Məryəm Məcidova: “Biz çağırış edirik ki, layihələr regionlarda keçirilsin”

“Azərbaycanda qırxdan çox gənclər evi fəaliyyət göstərir. Gəclər evləri demək olar ki, bütün bölgələrimizi əhatə edir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova deyib.

“Biz hər zaman təşkilatlara çağırış edirik ki, layihələrinizi gənclər evlərində, xüsusən də regionlarda keçirin. Bakıda gənclər üçün yetərincə imkanlar olduğuna görə belə bir çağırışa ehtiyac duyulur. Təmənnasız olaraq gənclərin inkişafı üçün bunu təklif edirik. Hazırda informasiya çoxluğu gəncləri çaşdırır. Yəni, çox sayda proqramlar olmasına baxmayaraq gənclər sosial medianı tərk edib hansısa fəaliyyətdə iştirak etmək istəmirlər. Ancaq düşünürəm ki, çox sayda gənc təşkilatların keçirdiyi layihələrdən faydala bilirlər. Bu həm də gənclərdən asılı olan məsələdir.Hansısa tədbirdə iştirak edərkən məqsədin olması da önəmlidir”, - deyə o bildirib.

Məryəm Məcidovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0