Məlahət Mürşüdlü

Özəl təhsil müəssisələrində təhsil haqları necə tənzimlənməlidir - Ekspert şərhi

138
(Yenilənib 16:32 25.01.2019)
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, təhsil haqqını müəssisələrin təsisçiləri və idarəetmə şurasının üzvləri müəyyən etməlidir

Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, özəl universitetlərdə təhsil haqqını həmin təhsil müəssisələrinin təsisçiləri və idarəetmə şurasının üzvləri müəyyən etməlidir:

“Doğrudur, hökümət və Milli Məclis bununla bağlı hər hansı təklif verə bilər. Ancaq bu təkliflərin dəyərləndirilməsi və yerinə yetirilməsi həmin təsisçilərin hüququnda olan məsələdir. Özəl universitetlər təhsil haqlarını təyin edərkən bir çox məsələləri nəzərə alaraq, qiymətləri müəyyənləşdirməlidir. Təkliflər verilərkən də əsaslandırılmış olmalıdır”.

Eksperin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

138