Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Ərdoğan niyə Maduronu müdafiə edir - politoloq şərh edir

94
(Yenilənib 16:41 25.01.2019)
Politloq Fikrət Sadıxov deyir ki, dünya ölkələri baş verən hadisələrə fərqli münasibət bəsləyir

“Venesuellada gərginlik hələ davam edəcək”. Bunu Sputnik Azərbaycan-a Venesuellada baş verən hadisələrə Türkiyənin reaksiyasını şərh edərkən politloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, dünya ölkələri baş verən hadisələrə fərqli münasibət bəsləyir: “Düşünürəm ki, bu çox təhlükəli vəziyyət yaradır. Türkiyə də bu məsələyə öz prizmasından yanaşır. Çünki vaxtilə Türkiyənin özündə də bir qrup hərbçi hakimiyyəti deirmək istəyirdilər. Türkiyə prezidenti hesab edir ki, qanuni şəkildə seçilmiş hökumətə hansısa ölkənin müdaxilə etməyə ixtiyarı yoxdur. Görünən budur ki, Türkiyə bundan sonra da Venesuella hakimiyyətinə dəstək göstərəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

94