Elşad Məmmədov

Professor: “Bəzi dövlət qurumlarının fəaliyyəti effektsizdir”

89
(Yenilənib 16:34 21.01.2019)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, struktur islahatları daha ardıcıl formatda və intensiv şəkildə davam etdirilməlidir

“Ölkədə həyata keçrilən struktur islahatları xarici iqtisadi şoklarla bağlıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib.

“Dünya bazarında neftin qiymətinin enməsindən sonra iqtisadiyyatda şaxələndirmə prosesinin zəifləməsinin şahidi olduq. Bundan sonra ciddi institusional və struktur islahatlarına başlandı. 2016-2017-ci illərdə neft qiymətlərində müşahidə olunan müsbət templər bəzi dövlət qurumlarında sakitlik yaratdı. Həmin vaxt bəzi dövlət qurumlarının fəaliyyətinin effektsizliyinin şahidi olduq. Hökumət iqtisadi islahatların keçirilməsinin zəruri olduğunu qəbul edir və bu islahatlar yaxın perspektivdə həllini tapmalıdır. Düşünürəm ki, struktur islahatları daha ardıcıl formatda və intensiv şəkildə davam etdirilməlidir”, - deyə professor bildirib.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

89