Gürcüstanlı soydaşlarımızın təhsildəki problemlərinə həsr olunan tədbir

Gürcüstanda yaşayan azərbaycanlılardan müraciət var

166
(Yenilənib 16:29 23.01.2019)
“Maarif” qəzetinin baş redaktoru Ələddin Qarabağlı deyir ki, problemlərin həlli üçün Azərbaycan və Gürcüstan dövlətlərinin ortaq mövqedən çıxış etməsi vacibdir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanlı soydaşlarımızın təhsildəki problemlərinə həsr olunan tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Gürcüstanda nəşr olunan “Maarif” qəzetinin baş redaktoru Ələddin Qarabağlı soydaşlarımızın təhsil və digər problemlərindən danışıb.

O bildirib ki, milli kadr məsələsinin həlli üçün Gürcüstanda ali məktəb açılması və ya digər universitetlərin tərkibində belə kardları hazırlaya biləcək fakültələrin fəaliyyətinə nail olmaq istəyirlər:

“İstəyirik ki, orta məktəbi müsbət nəticələrlə bitirən şagirdləri bu istiqamətdə yönəldək və onları milli kadr hazırlığına cəlb edək. Bu məsələyə yanaşmada Azərbaycan və Gürcüstan dövlətlərinin fərqli yanaşmaları mövcuddur. Lakin məsələnin həlli üçün tərəflərin ortaq mövqedən çıxış etməsi vacibdir. Biz Gürcüstan baş nazirinə 11 bəndlik müraciət hazırlamışıq və müraciətdə əks olunan müddəaların ictimailəşdirilməsi üçün də fəaliyyət göstəririk. Gürcüstan azərbaycanlıları təhsildə kadr çatışmazlığı problemi ilə yanaşı, mövcud dərs vasəitlərindəki ciddi elmi səhvlər, kitabxanaların müasir ədəbiyyatla təmin olunması kimi problemlərlə üzləşirlər. Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında da iştirka etməlidir, yalnız seçkilərdə səs verməklə bu iş yekunlaşmamalıdır. Gürcüstan dövləti bu məsələləri nəzərdə saxlamalıdır”.

Ələddin Qarabağlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

166