Zaur Məmmədov

Politoloq Tramp-Ərdoğan razılaşmasının səbəblərini açıqlayıb

137
(Yenilənib 16:46 22.01.2019)
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, ABŞ ordusu Suriyadan çıxsa da, varlığını Suriyada qoruyub saxlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, regionda maraqları olan ölkələr Türkiyənin milli maraqlarını nəzərə almalıdırlar:

“Suriyanın şimalı Türkiyə dövləti üçün təhdid təşkil edir. Trampın qoşunların Suriyadan çıxarılması barədə bəyanatı isə müxtəlif cür izah edilir. Düşünürəm ki, ABŞ ordusu Suriyadan çıxsa da, varlığını qoruyub saxlayacaq. Hər halda iki ölkə prezidentinin təhlükəsizlik zonası yaratmaq barədə razılığı təsadüfi deyil. Burada müəyyən maraqlar özünü büruzə verir. Yaxın zamanda Türkiyə ordusunun Suriyada əməliyyat aparmasının şahidi olacağıq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

137