İqtisadçı-ekspert Fuad İbrahimov

İqtisadçı ölkədən kapital axınının səbəblərini açıqlayır

264
(Yenilənib 17:02 16.01.2019)
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, kapital axınına tək səbəb mal idxalı deyil

2018-ci ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu sahədə boşluqlar var:

“Konkret demək olmaz ki, idxal olunan mallara görə ölkədən kapital axını var. Burada digər problemlər də mövcuddur. Xaricdə təhsil alanlar, səhhəti ilə bağlı xaricə gedənlər var. Yəni bu kimi faktorlar kapital axınını stimullaşdırır. Bunların qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir ki, kapital axını aktuallığını itirsin. İstənilən sahədə cazibədarlıq yaratmaq lazımdır ki, insanlar oraya kapital axınında maraqlı olsunlar. Daxili və xarici siyasət cazibədar olarsa, kapital axını öz büdcəmizə yönələr”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

264