CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Tarixdə baş vermiş hadisələri matəm kimi yad etmək doğru deyil”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, dərsliklər şagirdlərin təxəyyülündə qəhrəmanlıq simvolunun formalaşmasına kömək etməlidir
Kamran Əsədov: “Dərsliklər şəxsiyyət yetişdirməlidir”

“Dərsliklər şəxsiyyət yetişdirməlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

“Dərsliklərdə informasiyalar elə çatdırılmalıdır ki, bu faktların öyrədilməsi ilə yanaşı, şagirdlərin təxəyyülündə qəhrəmanlıq simvolunun formalaşmasına imkan yaratsın. Tarixdə baş vermiş hadisələri matəm kimi yad etmək doğru deyil. 20 Yanvar qəhərmanlıq yaddaşımız, qürur yerimizdir. Bu hadisə ilə bağlı dərsliklərdə verilmiş informasiyalar uşaqların psixologiyasına mənfi təsir edir”, -deyə ekspert bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0