Arzu Nağıyev

Politoloq Məmmədyarov-Mnatsakanyan görüşünü şərh edir

134
(Yenilənib 14:46 17.01.2019)
Arzu Nağıyev deyir ki, problemin diplomatik yolla həllinin uzanması hərbi toqquşmalarla nəticələnə bilər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, münaqişənin həlli baxımından bu görüşün müsbət və mənfi məqamları qeyd olunmalıdır:

“Müsbət o olardı ki, Ermənistanda qurulacaq yeni hökumətin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımları atacağı aydınlaşa bilərdi. Düşünürəm ki, məhz buna görə də ikinci görüş fevrala təyin edilib. Həmsədrlər isə həmişə olduğu kimi deklarativ bəyanatlarla yadda qalırlar. Münaqişənin həllində iştirak edən bütün tərəflər anlamalıdır ki, problemin diplomatik yolla həllinin uzanması hərbi toqquşmalarla nəticələnə bilər. Ona görə də, görüşlərdə qarşıya qoyulmuş məqsəd yerinə yetirilməlidir. Əks halda 2019-cu il kulminasiya ili kimi yadda qala bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

134