Умайра Тагиева

Sabaha hazır olun - Umayra Tağıyevadan xəbərdarlıq

2086
(Yenilənib 16:08 16.01.2019)
ETSN-nin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyir ki, havanın dəyişməsi ilə əlaqədar bütün təşkilat və qurumlara xəbərdarlıqlar göndərilib

“Ölkə ərazisinə Aralıq dənizi siklonlarının yaxınlaşması ilə əlaqədar olaraq yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

“Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Respublikanın əksər rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var. Belə hava şəraitinin yanvarın 18-i gündüzədək davam edəcəyi gözlənilir. Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Havanın dəyişməsi ilə əlaqədar bütün təşkilat və qurumlara xəbərdarlıqlar göndərilib. Xəzər dənizi akvatoriyasında şiddətli küləyin əsəcəyi proqnozlaşdırılıb. Güclü küləklə əlaqədar dalğalar yaranacaq. Dalğanın maksimal hündürlüyünün 6-8 metr və daha çox olma ehtimalı var”.

Umayra Tağıyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

2086