SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cümhuriyyətin de-fakto tanınması tarixin gedişinə təsir etdi – Tarixçi şərhi

Abunə olmaq
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu qərar tanınması dövlətçiliyimizə ən böyük töhfələrdən biri olub
Rizvan Hüseynov: “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü tanındı”

Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasından 99 il ötür.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan nümayəndələr Paris Sülh Konfransına getmək üçün çox çətinliklərlə üzləşiblər:

“Azərbaycanın müstəqilliyinin de-fakto tanınması dövlətçiliyimizə ən böyük töhfələrdən biri olub. Faktiki olaraq bu konfransda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü tanınır. Bu qərar bolşeviklər Azərbaycanı işğal edəndən sonra da hüquqi qüvvəsini saxlamışdı. Ona görə də, Azərbaycan SSRİ-yə qəbul edilərkən müstəqil dövlət idi. Bu tanınma gələcək Azərbaycanın taleyini və müstəqilliyə gedən yolunu təmin etdi”.

Rizvan Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0