Mehdi Babayev

Auditor: “Sahibkarlar əvvəlkindən daha az vergi ödəyə bilərlər”

108
(Yenilənib 14:53 11.01.2019)
Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev deyir ki, sahibkar hansısa xərcin uçotunu aparmazsa 5 faiz vergi ödəmiş olacaq
Mehdi Babayev: “Sahibkarların vergi yükü artmır”

“Vergi Məcəlləsinə edilən dəyişikliklər ən çox kiçik sahibkarlıq subyektlərinə təsir edəcək”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev deyib.

O bildirib ki, kiçik sahibkarların içərisində fiziki şəxslər üstünlük təşkil edir: “Dəyişikliklərə diqqət yetirəndə görürük ki, burada sahibkarların vergi yükü artmır. Hətta istəsələr sadələşdirilmiş vergi ödəyicisi olduqları dövrdəkindən daha az vergi ödəyə bilərlər. Bu gəlirlərin və xərclərin düzgün uçotunun aparılması halıda mümkündür. Həmçinin sadələşdilmiş vergi tutma sistemindən məhrum olan şəxslərə kifayət qədər güzəştlər tətbiq olunub. Əgər sahibkar xərclərin uçotunu aparmazsa 5 faiz vergi ödəmiş olacaq. Ancaq uçot aparılarsa, hətta onlar əvvəlkindən daha az vergi ödəmək imkanı əldə edəcəklər”.

Mehdi Babayevin geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

108
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Yeni reallıqlar regional əlaqələrin dərinləşməsini zəruri edir”

29
(Yenilənib 10:16 23.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır
Elşad Məmmədov: “İranla iqtisadi əlaqələrimizdə qeyri-neft sektorunun böyük payı olacaq”

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.

Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:

“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.  

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

29
Adil Qeybulla

Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

18
(Yenilənib 09:40 22.01.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər
Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:

“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0