Rüfət Məmmədov

Nazir müavini: “Ticarət evləri Azərbaycanın ixrac həcminin artmasına təsir edəcək”

89
(Yenilənib 16:22 08.01.2019)
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyir ki, bir sıra məhsullarımız bu Ticarət Evləri vasitəsi ilə bazara çıxarılıb

Azərbaycanın Dubayda Ticarət Evinin yanvarın 10-da açılması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb”. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Rüfət Məmmədov bildirib ki, bu ticarət evi uğurla fəaliyyət göstərir. Bir sıra məhsullarımız bu ticarət evi vasitəsi ilə bazara çıxarılıb. 2018-ci ildə üç ticarət evi açılıb. Həmin bazarlarda fəaliyyət göstərən ticarət evlərimiz bazarın xüsusiyyətlərini bilir, mağaza şəbəkələri ilə əməkdaşlıq edirlər.  Bu, praktiki bir mexanizmdir və ixracatçılarımız da bundan faydalanırlar. Bununla da həm ixrac coğrafiyasını, həm də həcmini artırırlar”.

Rüfət Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

89