Kamran Əsədov

Müəllimlər imtahanlarda niyə zəif nəticə göstərir - Kamran Əsədov şərh edir

130
(Yenilənib 16:48 04.01.2019)
Təhsil eksperti Kamran Əsədov deyir ki, nəticələri yaxşılaşdırmaq üçün pedeqoji kadr hazırlayan ali məktəblərdən işə başlamalıyıq
Kamran Əsədov: “Biliyi aşağı kontingent yüksək nəticə göstərə bilməz”

“Bugün Azərbaycan təhsili repetitorluqdan asılı vəziyyətdədir”. Bunu Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov ötən ay Təhsil nazirliyi tərəfindən bir neçə fənn üzrə müəllimlərdən götürülmüş imtahanın nəticələrini şərh edərkən deyib.

“Keçən ay keçirilmiş imtahanın nəticələri göstərdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin 6-7 faizi sualların yarısından çoxuna cavab verə bilib. Biliyi 50 faizdən aşağı kontingent yüksək nəticə göstərə bilməz. Biz nəticələri yaxşılaşdırmaq üçün pedeqoji kadr hazırlayan ali məktəblərdən işə başlamalıyıq. Müəllimliyə qəbulu dayandırmalıyıq. Ali təhsil müəssisələri keyfiyyətli kadr hazırlaya bilmirlər” - deyə ekspert bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

130
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

3
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov

Ekspert: “Pandemiya şəraitində Təhsil Nazirliyinin işi mükəmməl təşkil edilib”

8
(Yenilənib 10:38 13.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi
İlqar Orucov: “Müəllimlərin fədakarlığı qiymətləndirilməlidir”

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib. “Microsoft Teams” onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində Təhsil Nazirliyinin işlərini mükəmməl təşkil etdiyini düşünür: “Nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi. Bu fəaliyyətdə təhsil ictimaiyyətinin rolu gözə görünməsə də, müəllimlərin dərsləri tədris etmək üçün göstərdikləri fədakarlıq qiymətləndirilməlidir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8