SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək”

© Sputnik / Murad Orujov“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, İran nüvə silahı əldə etmək istəmir
Elxan Şahinoğlu: “ABŞ və İsrail İranı zəiflətmək istəyirlər”

İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur. Bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu il də ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək: “Açıq etiraf etməliyik ki, İran nüvə silahı əldə etmək istəmir. Buna baxmayaraq ABŞ və İsrail İranı zəiflətmək istəyirlər. Çünki İranın qonşu dövlətlərə təsirləri var. İran isə düşünür ki, həmin ölkələrdəki müəyyən qruplara dəstək verməsə ABŞ və İsrail sərhəddə yerləşəcək.  Tətbiq olunna sanksiyalar İranda iqtisadi və sosial sahədə çətinliklər yaradır. Vaşinqton İranı tam gücdən salana qədər bu siyasətini davam etdirəcək”.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli və daha dərin iqtisadi və diplomatik təcridlə üzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməli olduğunu bildirmişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0