Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gədəbəydə “Şaxta Babanın toyu” olacaq

Abunə olmaq
Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan deyir ki, gələn il bundan da maraqlı proyektləri reallaşdırmağı planlayırıq
İntiqam Soltan: “Bakıda meydan tamaşaları ilə çıxış etmək istəyirik”

“2018-ci il teatrımız üçün maraqlı keçdi”. Bunu Sputnik Azərbaycan-a Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan deyib.

Direktor bildirib ki, bu il ən yadda qalan fəaliyyətlərdən biri Belnəlxalq Teatr Festivalında iştirak etmələri idi: “Biz festivalda 8 tamaşa ilə çıxış etdik. Onlardan 7-si uşaq, biri isə böyüklər üçün idi. Yeni illə bağlı da planlarımız var. Gədəbəy rayonunda “Şaxta Babanın toyu” adlı tamaşa ilə uşaqlar qarşısında çıxış etməyi planlaşdırırıq. Bu il həm də teatrın gücünə dövlət sifarişi əsasında film də çəkdik. Gələn il bundan da maraqlı proyektləri reallaşdırmağı düşünürük. Xüsusən də şəhərin müxtəlif yerlərində meydan tamaşaları ilə çıxış etmək istəyirik”.

İntiqam Soltanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0