Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekoloq: “Palçıq vulkanları vətənimizin sərvətlərini üzə çıxarır”

Abunə olmaq
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyir ki, palçıq vulkanları sərvətlərimizi üzə çıxarır
Ekoloqdan çağırış - ərazilərin çirklənməsinə qarşı mübarizə aparmalıyıq

“Abşeron yarmadasında Palçıq vulkanları hər zaman püskürəcək”. Bunu Sputnik Azərbaycana açıqlamasında Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

“Dünyada palçıq vulkanları 4 yerdə mövcuddur. Palçıq vulkanları sərvətlərimizi üzə çıxarır. Onların əsasında sərvətimizin miqdarı öyrənilir. Azərbaycan çox zəngin ölkələrdən birdir. Bəzən deyirlər ki, neft qurtarır. Ancaq o bərpaolunan sərvətdir. İndi biz ərazilərin çirklənməsinə qarşı mübarizə aparmalıyıq. Müasir texnologiyalardan istifadə edərək ərazilərimizin çirklənməsinə icazə verməməliyik” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.

Ekoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0