Посол Российской Федерации в Азербайджанской Республике Бочарников Михаил

Rusiya səfiri Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etdi

41
(Yenilənib 17:25 27.12.2018)
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyir ki, Sputnik Azərbaycan ilə əməkdaşlıq etmək çox xoşdur

“Sputnik Azərbaycan agentliyinin kollektivini yaradıcı uğurları və peşəkar, yüksək keyfiyyətli işləroinə görə təbrik edir, onların hər birinə qarşıdan gələn yeni ildə uğruların davamlı olmasını, xoşbəxtlik, əmin-amanlıq və sağlamlıq arzu edirəm”. Bunu Sputnik Azərbaycan-a danışarkən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

“2018-ci il artıq başa çatır. Bununla bağlı olaraq Rusiya Federasiyası səfriliyi adından deyirəm ki, Sputnik Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox xoşdur. Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını yeni il münasibətilə təbrik etmək istəyirəm. Dost və səmimi Azərbaycan xalqına uğur, yeni nailiyyətlər, ölkədə iqtisadi firavanlığın möhkəmlənməsini, hər kəsə sağlamlıq, Azərbaycana çiçəklənmə arzu edirəm”.

Mixail Boçarnikovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

41