SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ-ın Suriyadan çıxmasının dövlət siyasəti ilə əlaqəsi yoxdur”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ-ın Suriyadan çıxması Türkiyənin hərbi əməliyyatlar planlarında müəyyən düzəlişləri zəruri edir
Mübariz Əhmədoğlu: “ABŞ-ın hərbi qüvvələrini çıxarmasının dövlət siyasəti ilə əlaqəsi yoxdur”

“ABŞ qoşunlarının Suriyadan çıxması vəziyyətin sabitləşmisənə güclü təsir edəcək”. Bunu ABŞ qoşunların Suriyadan çıxarılmasından sonra bu ölkədə yeni vəziyyətin necə olacağı ilə bağlı Sputnik Azərbaycan-a danışarkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, bundan sonra Suriyada bərpa prosesi daha da sürətlənəcək: “Üç ölkə Suriyanın yeni konstitusiyası ilə bağlı işləri sürətləndirəcəklər. ABŞ-ın Suriyadan qoşunlarını çıxarması Türkiyə və Rusiya arasında qeyri-müəyyənliyə səbəb ola bilər. Çünki, Türkiyənin Suriyadakı əməliyyatlarında müəyyənedici parametr oradakı ABŞ qüvvələri idi. ABŞ-ın oradan çıxması Türkiyənin hərbi əməliyyatlar planlarında müəyyən düzəlişləri zəruri edir. Onu da deyim ki, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmasının dövlət siyasəti ilə əlaqəsi yoxdur”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0