Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Politoloq: “Suriyada yeni mənzərə yaranır”

74
(Yenilənib 18:32 20.12.2018)
Politoloq Fikrət Sadıxov deyir ki, artıq İran, Rusiya və Türkiyə Suriyada əsas oyunçulara çevrilirlər

Amerika Birləşmiş Ştatları hərbi kontingentinin Suriyadan çıxarılmasına qərar verib. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Dana Uaytın bəyanatda deyilir.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, belə bir qərarın verilməsi gözlənilməz olub: “ABŞ-ın müttəfiqləri də belə bir qərardan təəccübləndiklərini etiraf edirlər. Hətta bəzi senatorlar bildirirlər ki, bu müttəfiqlərin zərbə altına salınması deməkdir. Bu qərar Suriyada yeni mənzərə yaradır. Görünür ki, ABŞ yeni taktiki addımlar atacaq. Ancaq bu qərar o demək deyil ki, ABŞ Suriyanı tam tərk edir və onu nəzarətindən kənarda saxlayacaq. Artıq İran, Rusiya və Türkiyə Suriyada əsas oyunçulara çevrilirlər. Diqqət çəkən məqam odur ki, bu qərar Trampın Ərdoğanla danışığından sonra verilib. Türkiyə bundan istifadə edərək sərhədlərində stabillik yarada bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

74