Elşad Məmmədov

Professor: “Azərbaycan Belarusla əməkdaşlığını daha da dərinləşdirməlidir”

58
(Yenilənib 17:43 18.12.2018)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, iqtisadi məkanda gedən proseslər əlaqələrin dərinləşməsinin zəruriliyini ortaya çıxarır

“Belarus-Azərbaycan münasibətləri vacib xarakter daşıyır”. Bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Belarus iqtisadiyyatlarının texnoloji kooperasiyaya getmək üçün böyük potensialı var:

“Avroasiya iqtisadi məkanında gedən inteqrasiya prosesləri postsovet ölkələrinin əlaqələrinin dərinləşməsinin zəruriliyini ortaya çıxarır. Hesab edirəm ki, postsovet ölkələri iqtisadi əməkdaşlıqlarını genişləndirməlidirlər. Biz nə qədər Avropaya inteqrasiyadan danışsaq da real və potensial olaraq əsas əməkdaşlıq istiqamətləri məhz avroasiya məkanı ilə bağlıdır. Bu baxımdan Azərbaycan və Belarus münasibətlərinin yüksək səviyyədə inkişafı bizi sevindirir. Əməkdaşlığımız texnologiaylara aid olan sahələrdə də qurulmalıdır. Ümumilikdə, Azərbaycan və Belarus iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

58