Dekan: ““SputnikPro” tələbələrin gələcək fəaliyyətlərində müsbət təsirini göstərəcək”

Abunə olmaq
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyir ki, bu təlim tələbələr və hətta praktik jurnalistika ilə məşğul olanlar üçün faydalıdır
Vüqar Zifəroğlu: “Tələbələrin təcrübi biliklər öyrənməsi bizim üçün də önəmlidir”

Dekabrın-də Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunda Rusiyanın aparıcı KİV-lərinin mütəxəssisləri tərəfindən Azərbaycan universitetlərinin jurnalistika fakültəsində təhsil alan tələbələrə “SputnikPro” masterclass təlimi keçilib.

Təlim haqqında fikirlərini Sputnik Azərbaycan-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, bu seminar tələbələr və hətta praktik jurnalistika ilə məşğul olanlar üçün faydalıdır:

“Bu gün yalan xəbər və informasiya təhlükəsizliyi aktual problemlər sırasındadır. Jurnalistikanın nəzəri tərəflərini tədris edənlər olaraq bizim üçün də önəmlidir ki,  tələbələrimiz peşəkar ekspertlərdən təcrübi biliklər öyrənsinlər. Hesab edirəm ki, bu çox ciddi bir seminardır. Əminəm ki, tələbələrin gələcək praktik fəaliyyətlərində öz müsbət təsirini göstərə biləcək”

Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə başlayıb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0