Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Türkiyə Suriyada müqavimətlə qarşılaşa bilər”

133
(Yenilənib 16:48 13.12.2018)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Suriyadakı kürdlər ABŞ üçün hərbi-syasi faktor rolunu oynayır
Mübariz Əhmədoğlu: “Rusiya Türkiyənin əməliyyatlarına mane olmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışı zamanı bir neçə günə Suriyada Fərat çayının şərqinə əməliyyata start veriləcəyini açıqlayıb. R.T.Ərdoğan hədəflərinin ABŞ əsgərləri deyil, terrorçular olduğunu bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin Suriya ərazisində keçirmək istədiyi əməliyyatları nə ABŞ, nə də Rusiya dəstəkləməyək:

“Bu əməliyyatlara görə Türkiyə müqavimətlə qarşılaşa bilər. Türkiyənin kürd məsələsinə baxışı ABŞ və Rusiyadan fərqlidir. Suriyadakı kürdlər ABŞ üçün hərbi-syasi faktor rolunu oynayır. Hazırki həssas məqamda Rusiya Türkiyənin əməliyyatlarına mane olmayacaq. Ancaq ola bilər ki, ABŞ kürdlərə silah verməklə onları Türkiyəyə qarşı gücləndirsin”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

133
Sədrəddin Soltan

Ekspert İran prezidentinin xüsusi nümayəndəsinin regiona səfərini şərh edir

32
(Yenilənib 10:06 29.10.2020)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır
Sədrəddin Soltan: “İran torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb”

İran prezidentinin xüsusi nümayəndəsi Abbas Əraqçı Qarabağ münaqişəsini müzakirə etmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, Qarabağ münaqişənin həllində İranın yeri yoxdur: “İranın əvvəlki və indiki davranışları onu ədalətli vasitəçi olacağına kölgə salır. Bu ölkə torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb. Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır. İran maşınları səhərdən axşamacan Ermənistana ərzaq yanacaq daşıyır. Əraqçının Bakı səfəri məntiqsiz olacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Sədrəddin Soltannın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

32
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ

Politoloq: “Ermənistan atəşkəsdən istifadə etməklə güc toplamaq istəyir”

39
(Yenilənib 00:51 28.10.2020)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə həmsədrlərlə görüşünə toxunan politoloq Tofiq Abbasov deyir ki, atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik
Tofiq Abbasov: “Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”

Oktyabrın 29-da Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçiriləcək.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Cenevrə görüşündən gözləntilər böyük deyil: “Atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik. Ermənistan vəziyyətinin ağır olduğunu anlayır və çalışır ki, atəşkəsdən istifadə etməklə güc toplasın. Proseslər göstərir ki, Ermənistan danışıqlara sadiq olan tərəf deyil. Biz Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

39
Teqlər:
danışıqlar, ATƏT-in Minsk Qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Axundov: "Ermənistan nə hərbçilərinin meyitini, nə də vətəndaşlarını təhvil almaq istəyir"
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

Bərdə Goranboy yenə atəş altında

0
(Yenilənib 12:38 29.10.2020)
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır

BAKI, 29 oktyabr — Sputnik. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edildiyini açıqlayıb: "Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

0
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan ordusu, atəş, dinc sakinlər, Bərdə, Goranboy
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb
Ermənistanın Qarabağda zərərsizləşdirilən hərbçilərinin sayı 1100-ü keçdi
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib