Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov

Xələf Xələfov NATO Rusiya generallarının Bakı görüşü haqqında

167
(Yenilənib 16:58 12.12.2018)
Xarici işlər nazirinin müavini Xələf Xələfov deyir ki, hər iki tərəf Azərbaycana etibar edir

“Bu görüş bizim ölkəyə olan etimadın göstəricisidir. Azərbaycanın həm Rusiya, həm də ABŞ-la münasibətləri strateji önəm daşıyır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı görüşünə münasibət bildirərkən deyib.

“Bu onu göstərir ki, hər iki tərəf Azərbaycana etibar edir. Bakı növbəti dəfə yüksək səviyyəli görüşün, dünya əhəmiyyətli məsələlərin müzakirə olunduğu görüşə ev sahibliyi edəcək. Mən düşünürəm ki, bu, beynəlxalq aləmdə nüfuzunun göstəricisidir” - deyə Xələfov vurğulayıb.

Nazir müavinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

167