Заместитель председателя комитета Милли Меджлиса Айдын Мирзазаде

Aydın Mirzəzadə: “Rusiya ilə münasibətlərimizin yaxşı olması cəmiyyətin sifarişidir”

97
(Yenilənib 16:23 12.12.2018)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, münasibətlərimiz digər dövlətlər üçün nümunədir

“Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması həm cəmiyyətin, həm də dövlətin diqqətində olub”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən videokörpüdə Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

“Bizim xalqlarımızın tarixdən gələn dostluq və mehriban qoşuluq münasibətləri var. Münasibətlərimizin yaxşı olması cəmiyyətin sifarişidir. Bizim münasibətlərimiz digər dövlətlər üçün nümunədir. Bütün sahələrdə sıx münasibətlərimiz mövcuddur. Ölkələrimiz beynəlxalq birlikdə sülh və təhlükəsizliyin olmasında maraqlıdır. Hər iki ölkədə qarşılıqlı olaraq milli icmalar fəaliyyət göstərir” - deyə millət vəkili bildirib.

Qeyd edək ki, 13-14 dekabr tarixlərində Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 17-ci iclası olacaq.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

97