Elşad Məmmədov

Professor: “Azərbaycan Belarus iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”

19
(Yenilənib 16:46 06.12.2018)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, əməkdaşlığımız texnologiaylara aid olan sahələrdə də qurulmalıdır

“Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Belarus iqtisadiyyatlarının texnoloji kooperasiyaya getmək üçün böyük potensialı var:

“Avroasiya iqtisadi məkanında gedən inteqrasiya prosesləri postsovet ölkələrinin əlaqələrinin dərinləşməsinin zəruriliyini ortaya çıxarır. Hesab edirəm ki, postsovet ölkələri iqtisadi əməkdaşlıqlarını genişləndirməlidirlər. Biz nə qədər Avropaya inteqrasiyadan danışsaq da real və potensial olaraq əsas əməkdaşlıq istiqamətləri məhz avroasiya məkanı ilə bağlıdır. Bu baxımdan Azərbaycan və Belarus münasibətlərinin yüksək səviyyədə inkişafı bizi sevindirir. Əməkdaşlığımız texnologiaylara aid olan sahələrdə də qurulmalıdır. Ümumilikdə Azərbaycan və Belarus iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19