SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azər Həsrət: “Fransada dövlət insanlara hücuma edir”

© Sputnik / Murad OrujovƏməkdar jurnalist Azər Həsrət
Əməkdar jurnalist Azər Həsrət - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, bir çox ölkələrdə də belə aksiyaların qarşısının alınması üçün gücdən istifadə olunur
Ekspert: “Parisdəki etirazlara müdaxilə Fransa demokratiyasının mahiyyətini üzə çıxarır”

“Fransada baş verən hadisələr təsadüfi deyil”. Bunu Sputnik Azərbaycan-a son günlər Parisdə baş verən etiraz aksiyalarına hökumətin sərt müdaxiləsinin Fransanın demokratik imicinə təsirləri haqqında danışarkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Ekspert bildirib ki, Fransada etirazçılara qarşı bu cür şiddətin tətbiq olunması başqa məsələlərdən xəbər verir: “Bir çox ölkələrdə də belə aksiyaların qarşısının alınması üçün gücdən istifadə olunur. Ancaq bunu da tətbiq edərkən çalışılır ki, etirazçılara zərər dəyməsin. Fransada isə buna əhəmiyyət verilmir və məhəl qoyulmur. Faktiki olaraq etiraz edən şəxslərin boğulması üçün addımlar atılır. Bu da Avropa Birliyinin aparıcı dövlətlərindən olan Fransa demokratiyasının mahiyyətini aşkara çıxarır. Fransada dövlət bütün gücü ilə insanlara qarşı hücuma keçib”.

Qeyd edək ki, noyabrın 17-dən Fransada”sarı jiletlər” adını almış etiraz hərəkatı başlayıb. Vətəndaşlar ölkədə benzin və dizelin bahalaşmasına qarşı etiraz edirlər. Aksiyalar zamanı 1 nəfər öldüb, yüzlərlə insan isə xəsarət alıb. 

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0