Председатель ПА ОБСЕ Георгий Церетели

ATƏT-in PA sədri: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır”

84
(Yenilənib 18:33 29.11.2018)
ATƏT-in Parlament Assambleyasının sədri, Gürcüstan parlamentinin deputatı Georgi Tsereteli deyir ki, münaqişənin ədalətli həlli regionun hərtərəfli inkişafında mühüm rol oynayacaq

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin 2018-2020-ci illər üçün strategiya və fəaliyyət planında Cənubi Qafqaz regionunda əməkdaşlığın, dostluq əlaqələrinin möhkəmləndirilməsi və daha da genişləndirilməsi məsələlərinə xüsusi yer verilib. Sənəddə regiondakı münaqişələr də diqqət mərkəzindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ATƏT-in Parlament Assambleyasının sədri, Gürcüstan parlamentinin deputatı Georgi Tsereteli söyləyib.

“Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən parlamentlər arasında münasibətlər çox yüksək səviyyədədir: “Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan ilə Ermənistan arasında normal münasibətlərin qurulması hələlik mümkün deyil. Buna nail olmaq üçün ilk növbədə problem öz ədalətli həllini tapmalıdır. Bunun üçün də beynəlxalq təşkilatlar məsələyə yanaşma tərzini dəyişməlidirlər. Münaqişə ədalətli həll olunduqdan sonra Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında münasibətlər normallaşacaq, sabitlik yaranacaq və bu da öz növbəsində regionun hərtərəfli inkişafında mühüm rol oynayacaq”, – deyə Tsereteli vurğulayıb.

Georgi Tseretelinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

84