Эксперт-экономист Натик Джафарли

Ekspert: “Neftin ucuzlaşması üçün ciddi iqtisadi amillər mövcuddur”

82
(Yenilənib 17:05 27.11.2018)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neft hasilatında müşahidə edilən artım qiymətlərin uzun zaman basqı altında saxlanmasına dəstək olacaq

“Son aylarda neftin qiymətindəki artımların səbəbi geo-siyasi amillərlə bağlı idi”. Bunu Sputnik Azərbaycan-a neftin ucuzlaşmasının səbəbləri haqqında danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, ABŞ noyabrdan etibarən İrandan neft alışına sanksiya tətbiq edəcəyini açıqlamışdı, ancaq sonradan bu qərarın neft bazarında vəziyyətə təsir edəcəyini anlayaraq 8 ölkəni bu qərardan kənarda saxladı: “Oktyabrdan etibarən OPEC ölkələri hasilatı artırıblar. Bundan sonra neftin enmə trendinə keçdiyini müşahidə edirik. Digər siyasi səbəb isə Donald Trampın bazara sözlü müdaxiləsi idi. Onu da bilirik ki, neftin uzun müddətli qiymət koridorunu müəyyənləşdirən iqtisadi amillərdir. Hazırda neftin ucuzlaşması üçün ciddi iqtisadi amillər mövcuddur. Son vaxtlar bütün ölkələrdə hasilatın artımı müşahidə olunur. Bu, neft qiymətlərini uzun zaman basqı altında saxlamağa dəstək olacaq, hətta qiymətlərin bir az da düşməsinə şərait yaradacaq. Yəni bütün bu iqtisadi amilllər neftin qimətinə orta və uzun müddətli təsir edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

82