Политолог Эльхан Шахиноглу

Seçkidən sonra da Gürcüstanla əməkdaşlığımız əvvəlki kimi olacaq politoloq şərhi

132
(Yenilənib 17:37 28.11.2018)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Gürcüstanda prezident kim olur-olsun Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək məcburiyyətindədir

“Gürcüstan Azərbaycan üçün vacib siyasi tərəfdaşdır”. Bunu Sputnik Azərbaycan-a Gürcüstanda prezident seçkilərinin nəticələrinin iki ölkə münasibətlərinə təsiri haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdarlıq xarakteri daşıyır: “Gürcüstanda prezident kim olur-olsun Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək məcburiyyətindədir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar prezidentliyə namizəd Qriqol Vaşadzeyə simpatiya bəsləyirlər. Çünki Q.Vaşadze seçki kampaniyası ərzində orada yaşayan azərbaycanlılarla görüşdü, həmçinin xarici işlər naziri olduğu dönəmdə də Azərbaycanla əlaqələrin inkişafına önəm verirdi. Gürcüstanda prezident postuna Salome Zurabişvili gəlsə, bu halda da iki ölkə arasındakı münasibətlər əvvəlki kimi inkişaf edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

132