Политолог Ильгар Велизаде

Politoloq: “Vahid ordunun yaranması Avropanın maraqlarına xidmət edəcək”

156
(Yenilənib 17:00 22.11.2018)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ prezidenti Donald Tramp bundan narahatdır

“ABŞ bağlı Avropa ölkələrindən ordu yaradılması ilə mövqeyini aydınlaşdırmağı tələb edir”. Bunu ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Qordon Sondlənd bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı gərginlik avroatlantizmə konseptual baxışların toqquşmasıdır:

“Birinci baxış odur ki, vahid ordunun yaranması Avropa ölkələrinin maraqlarına xidmət edəcək. Bu ordunun gələcəkdə hərbi-siyasi formata çevrilməsi Avropanın qüdrətini artıracaq. İkinci konsepsiya Avropa və ABŞ-ın vahidliyi əsasında qurulan konsepsiyadır. Bu konsepsiyada ABŞ-ın dominantlığı var idi. Birinci kosepsiya ABŞ-ın nüfuzunu Avropada azaldır. Ona görə də ABŞ prezidenti Donald Tramp bundan narahatdır. Gələcəkdə Avropa ordusu ideyası möhkəmlənə bilər. Bununla da NATO-nun yenidən transformasiyası haqqında düşünmək olar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

156