Orxan Bahadırsoy

Yazıçı bayağı müğənniləri boykot eləməyə çağırdı

2147
(Yenilənib 17:17 23.11.2018)
Yazıçı Orxan Bahadırsoy deyir ki, ötən əsrdə sovet senzurası belə mahnıların yayılmasının qarşısını alırdı

“Müğənnilər istedadlı olduqlarını düşünüb mahnı sözlərini də özləri yazırlar”. Bunu Sputnik Azərbaycanda mahnı mətnlərinin keyfiyyəti barədə danışarkən yazıçı Orxan Bahadırsoy deyib.

Yazıçı bildirib ki, bu gün bir insan həm şair, həm bəstəkar, həm də müğənni kimi çıxış edir:

“Bayağılaşmanın səbəblərindən biri budur. Digər tərəfdən ötən əsrdə sovet senzurası belə mahnıların yayılmasının qarşısını alırdı. İndi isə demokratiya mühitində kim nə istəyir ifa edir, yayımlayır və asanlıqla milyonlara çatdırır. Düşünürəm ki, bunların qarşısını almaq üçün ictimai baykota gərək var. Xalq başa düşməlidir ki, ona təqdim edilən məhsulla onun dilinə, mədəniyyətinə hörmətsizlik edilir. Bu baykot da elə getməlidir ki, müğənni oxuduğu mahnıların bir şey qazandırmadığını anlasın”.

Orxan Bahadırsoyun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

2147