Эксперт в области образования Надир Исрафилов

Ekspert: “İkili diploma sahib olmaq məzunlara əlavə imkanlar yaradacaq”

81
(Yenilənib 16:59 20.11.2018)
Təhsil eksperti Nadir İsrafilov deyir ki, dünya təhsil sistemində rəqabətə davamlı olmaq üçün bunun çox böyük əhəmiyyəti var

Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyilir.

Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, ikili diplomların verilməsi dünya təcrübəsində də mövcuddur:

“Hazırda ölkəmizdə universitetlərin səlahiyyətləri genişləndirilir. Artıq universitetlərə elmi tədqiqatlarla məşğul olmaq səlahiyyətləri verilib. Yəni universitetlərimizin dünya təhsil sisteminə inteqrasiyası üçün görülən işlər göz önündədir. Ona görə də, dünya təhsil sistemində rəqabətə davamlı olmaq üçün bunun çox böyük əhəmiyyəti var. Bu ali təhsil müəssisələrinin Avropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi, keyfiyyətin artırılmasına kömək edir. Ölkəmizdə də son vaxtlar bəzi universitetlər ikili diplom üçün xarici universitetlərlə əlaqə yaradırlar. Bu, tələbələrə dünya universitetlərinə açılmaq üçün əlavə imkanlar yaradır. Bu baxımdan ikili diplom işlə təmin olunmaq məsələsində və digər sahələrdə məzunlara əlavə imkanlar qazandıracaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

81