Председатель Советы прессы Афлатун Амашев

Əflatun Amaşov: “Məqsədimiz əlaqələrimizi möhkəmləndirməkdir”

139
(Yenilənib 14:43 21.11.2018)
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyir ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır

“Noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

“Memorandumu bağlamaqda məqsəd əlaqələri möhkəmləndirməkdir. Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfə verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər” - deyə Amaşov əlavə edib.

Əflatun Amaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

139