Tofiq Abbasov

Politoloq: “İslamofobiya qlobal savaşa gətirib çıxara bilər”

85
(Yenilənib 16:47 14.11.2018)
Politoloq Tofiq Abbasov deyir ki, islamofobiyanın arxasında məkrli niyyətlər və işğalçı imperiya siyasəti dayanır

“Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Avropada islamofobiya “qara piar” üzərində qurulub:

“Hələ orta əsrlərdən islamla bağlı bütün amillər, hərəkatlar Avropa elitası arasında qeyri-adekvat qəbul olunurdu. Onu olduğundan dəhşətli formada təsvir edirdilər və insanları qorxudurdular. Hazırda baş verənlər onun yeni mərhələsidir. Qərb təbliğat maşını elə vəziyyət formalaşdırıb ki, guya islam təşkilatları qərb mədəniyyətinə müharibə elan ediblər. Ancaq bu qurma prosesin arxasında məkrli niyyətlər və işğalçı imperiya siyasəti dayanır. Bu gün terrora qarşı mübarizə adı altında müstəqil dövlətlər dağıdılır. Ola bilsin ki, Yaxın Şərqdə yeni dövlətlər də bu aqibətlə üzləşsin. Bu hadisələr təsadüfən baş vermir və arxasında siyasi texnoloqlar durur. Hazırda ən böyük təhlükə müsəlman ölkələrinin üzərindədir. Bu heç bir yaxşı perspektiv vəd etmir. Çünki maddiyyat uğrunda gedən bu barışmaz müharibələr sivilizasiyalar arasındakı dialoqa da sirayət edir. Qərb dünyası və müsəlman aləmi arasında yaranan uçurum qlobal savaşa gətirib çıxara bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

85