Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir

Ülkər Abdullayeva: “Uşaqların abort etdirilməsi demoqrafik problemə səbəb olur”

1299
(Yenilənib 16:33 14.11.2018)
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyir ki, ailələrdə qadına qarşı zorakılıq, şiddətin fonunda qız uşaqları arzuolunmaz uşaqlara çevrilirlər
Ülkər Abdullayeva: “Ailələrdə olan bəzi problemlər bizim üçün utanc gətirir”

Bu gün “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan ailələrində qız uşaqlarının sayının azalması ilə bağlı problem müzakirə edilib.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, hazırda Azərbaycan ailələrində qız uşaqlarının ixtisarı başlıca problemlərdən biridir:

“Ailələrdə olan bəzi problemlər bizim üçün utanc gətirir. Onlardan biri də qız uşaqlarına qarşı olan münasibətdir. Cəmiyyətdə zorakılıq hallarından danışarkən daha çox ailədə qadına qarşı olan şiddətdən danışırıq. Bu gün də ailələrdə qadına qarşı zorakılıq, şiddət davam edir. Bütün bunların fonunda da qız uşaqları arzuolunmaz övlada çevrilirlər. Ailələr qız uşaqlarının olacağını biləndə onu dərhal abort etdirməyə can atırlar. Qız uşaqlarının abort etdirilməsi demoqrafik problemə gətirib çıxarır. Ailələr qızlarını ağır yük kimi qəbul edirlər və onları erkən yaşda ərə verirlər ki, bu yükdən azad olsunlar”.

Ülkər Abdullayevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz:

1299
Джахангир Гаджиев

Cahangir Hacıyev: “Könüllülər karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək”

87
ASAN Xidmətin rəsmisi Cahangir Hacıyev deyir ki, könüllülər vahid reyestrə daxil edilmiş, Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər
Cahangir Hacıyev: “Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil”

“Könüllülərimiz pandemiya zamanı lazımi tələblərə cavab verən və vahid reyestrə daxil edilmiş, cimerlik.az portalında göstərilən Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan Resursları və Təlim Şöbəsininn müdir müavini Cahangir Hacıyev deyib.

“Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil. Hər kəs çimərliyə gedə bilər, ancaq karantin rejiminin qəbul edilmiş qaydalarına ciddi riayət etmək lazımdır. Könüllülər çimərliklərdə karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək, monitorinq və maarifləndirmə işləri aparacaqlar. Bu fəaliyyət pandemiya zamanı istirahət edənlərin sağlamlığını qorumaq məqsədi daşıyır”  - deyə o bildirib.

Cahangir Hacıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

87

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

78
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

78
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

0
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

0
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş