SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “ABŞ-ın xarici siyasətində ziddiyyətlər artacaq”

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, nəticələr Demokratların tərəfdarlarının getdikcə artacağını göstərir
İlqar Vəlizadə: “Respublikaçılar və Demokratlar arasında rəqabət artacaq”

Ötən həftə ABŞ-da Senata keçirilən aralıq seçkilərində prezident Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası qalib gəldi.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, seçkilərin nəticəsi yaxın illərdə Respublikaçılar və Demokratlar arasında rəqabətin artacağını göstərir:

“Bu rəqabət ABŞ-ın daxili siyasi stabilliyinə də təsir göstərəcək. Nəticələr göstərir ki, Demokratların tərəfdarları getdikcə artır. Bundan sonra Respublikaçıların nüfuzu azalacaq. Lakin Respublikaçılar müqavimət göstərməyi bacarırlar və bu gedişat ABŞ-ın xarici siyasətinə təsirsiz ötüşməyəcək. Yəni, daxili və xarici siyasətdə müəyyən ziddiyyətlər özünü büruzə verə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0