Müslüm İbrahimov

Ekspert: “Birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”

264
(Yenilənib 09:54 11.11.2018)
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, neft gəlirlərinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə sərf olunması bu azalma da xüsusi rol oynayır

2019-cu ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin ortamüddətli və uzunmüddətli idarə olunması üzrə yeni büdcə qaydalarının tətbiq olunması dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldacaq. Bunu parlament komitələrinin iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan artıq neftdən asılılığını azalda bilib:

 “Beynəlxalq reyting agentliklərinin son hesabatlarında da bu əks olunub. Ölkədə aparılan iqtisadi islahatlar davamlı və sürətli şəkildə gerçəkləşdirilir. Neft gəlirlərinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə sərf olunması bu azalma da xüsusi rol oynayır. Azərbaycanın nəqliyyat  sahəsindəki rolu və qaz ixracını artırması neftdən asılılığın azalmasına təsir edib. Ancaq onu da nəzərə almalıyıq ki, biz birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”.

Ekspertin geniş şərihnə audiofaylda qulaq asa bilərsiniz

264