İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

İqtisadçı: “Gələn il vergi sahəsində böyük islahatlar aparılacaq”

147
(Yenilənib 15:29 08.11.2018)
“İqtisadi resursların öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyir ki, biznes fəaliyyəti ilə məşğul olan şəxslərin böyük hissəsi vergilərdən yayınır, fəaliyyətini gizli həyata keçirirlər

“2018-ci il vergi sahəsində keçid ili hesab olunur”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, gələn ildən etibarən vergi sahəsində böyük islahatlar aparılacaq: “Bu islahatların aparılmasının bir neçə səbəbləri var. Devalivasiyadan sonra ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması prioritetə çevrilmişdi. Burada məsələ ölkə iqtisadiyyatında qeyri-sektorunun payının artırılmasıdır. Çünki qeyri-neft sektoru dayanıqlı inkişafa təsir göstərir. Qeyri-neft sektoru işsizliyin aradan qaldırılmasında rol oynayır. Hədəflərdən biri kölgə iqtisadiyyatının şəffaflaşdırılmasıdır. Çünki bu gün biznes fəaliyyəti ilə məşğul olan şəxslərin böyük hissəsi vergilərdən yayınır, fəaliyyətini gizli həyata keçirirlər. Digər hədəf isə nəğdsiz hesablaşmaların artırılmasına nail olmaqdır”.

147