Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Nazir Sahil Babayev: “Pensiyanın orta aylıq məbləğində artım gözlənilir”

408
(Yenilənib 14:53 07.11.2018)
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyir ki, gələn ildən məcburi dövlət sığorta haqlarının artımı gözlənilir

Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı proqnozlaşdırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Növbəti ildə məcburi dövlət sığorta haqlarının artımı da gözlənilir. Bu il ünvanlı sosial yardım alan 1200 nəfər özünəməşğulluq proqramına cəlb ediləcək. Növbəti ildə bu say daha da artırılacaq. Məşğulluq sistemində avtomatlaşdırma yekunlaşmaq üzrədir. Yanvarın 1-dək bu prosesin başa çatması nəzərdə tutulur. Artıq işsizlər iş üçün elektron qaydada portala müraciət edə biləcəklər” - deyə nazir bildirib.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

408