Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Politoloq Elman Nəsirov: “Narın vətəninin Azərbaycan olduğu sübut edildi”

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, nar bayramı ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdiyini təsdiqləyir
Elman Nəsirov: “Nar festival dövlətin aqrar sahəyə diqqətindən xəbər verir”

Göyçayda keçirilən ənənəvi Nar festivallarına xarici turistlər arasında da maraq çoxalmaqdadır. Hər nar bayramında rayona gələn turistlərin sayı artır. Eyni zamanda, bu tədbirə müxtəlif xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ermənilər həmişə Azərbaycanın maddi və mənəvi nemətlərinə yiyələnməyə çalışıblar: “Dünya ictimaiyyəti bu festivallar vasitəsilə Azərbaycanın hansı sərvətlərə sahib olduğunu görür. Narın vətəninin Göyçay olduğunu bu festival vasitəsi ilə dünyaya sübut edirik. Nar bayramı ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdiyini təsdiqləyir”.

“Bu festival dövlətin aqrar sahəyə diqqətindən xəbər verir. Son doqquz ayın yekunları da göstərir ki, kənd təsərrüfatında artım 4,3 faiz təşkil edib. Əlbəttə ki, burada narçılığın da öz payı var. Bununla yanaşı, Göyçay narı “Made in Azerbaijan” brendi altında ixrac olunur və xarici bazarlarda bəyənilir. Bir sözlə, bu cür festivallar Azərbaycan nemətlərinin tanıdılması baxımından çox mühüm rol oynayır”, deyə politoloq bildirib.

Politoloqun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0