Etibar Əliyev

Ekspert: “Peşə təhsili almış şəxslərə tələbat çoxdur”

95
(Yenilənib 10:03 04.11.2018)
Təhsil eksperti Etibar Əliyev deyir ki, indiki dövrdə peşə təhsilinin çox böyük əhəmiyyəti var

“Azərbaycanda peşə təhsilinin modernləşdirilməsi istiqamətində müəyyən addımlar atılır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

Ekspert bildirib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin müstəqil qurum kimi yaradılmasını buna misal göstərmək olar: “Ancaq məsələ budur ki, orta məktəb məzunlarının böyük hissəsinin peşə təhsilinə marağı azdır. Orta məktəb məzunlarının 15-18 faizi peşə təhsilinə üz tutur. Bu sahədə aparılan maarifçilik işlərinin zəif olması da qeyd olunmalıdır. İndiki dövrdə peşə təhsilinin çox böyük əhəmiyyəti var. Bütün hallarda mən düşünürəm ki, bu gün ali təhsil almış mütəxəssislərlə yanaşı peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur”.

Qeyd edək ki, “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov vətəndaşlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydasının hazırlandığını bildirib. Nazir deyib ki, qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95