Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov

Azərbaycanda xurma istehsalçılarının sayı açıqlandı

115
(Yenilənib 18:06 30.10.2018)
Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyir ki, Azərbaycan tezliklə xurma ixracı üzrə dünya ölkələri arasında qabaqcıl mövqeyə çıxacaq

“Bu gün ölkə əhalisinin 500 min nəfərdən çoxu xurma istehsalçısı və ixracatçısıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.

“Onlar bu sahədən gəlir götürürlər. Xurmaçılıq bu qədər insanın yaşayışının təmin edilməsində mühüm rol oynayır. Festivalın keçirilməsinin dövlətin Azərbaycan kəndlisinə, fermerinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. İstehsalçılara göstərilən bu diqqət onları daha da həvəsləndirir, bu sahəyə marağı artırır. Azərbaycanın tezliklə xurma ixracı üzrə dünya ölkələri arasında qabaqcıl mövqeyə çıxacağına əminik”.

Qeyd edək ki, oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçirilib.

Qadir Yusifovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

115