SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xarici işlər nazirlərinin İstanbul görüşü nə vəd edir - Politoloq şərhi

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, hər üç ölkə əməkdaşlığın iqtisadi prizmadan inkişaf etdirilməsində maraqlıdır
İlqar Vəlizadə: “Bu formatın gələcəyinə optimist baxmaq olar”

Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu formatda keçiriləcək görüşlərin əsasında sosial-iqtisadi amillər dayanır: “Ölkələr çalışır ki, bu formatı iqtisadi prizmadan inkişaf etdirsinlər. Ötən illər ərzində keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün bir çox təkliflər səsləndirilib. Həmin təkliflər regionda gedən proseslər fonunda gerçəkləşdirilə bilər. Hazırda ABŞ sanksiyaları ilə üzləşmiş İran region ölkələri ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsində xüsusilə maraqlıdır. Azərbaycan və Türkiyə də İranın regionda vacib iqtisadi, siyasi partnyor olduğunu anlayır. Ona görə də üçtərəfli formatda keçiriləcək bu görüşün gələcəyinə optimist baxmaq olar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0