Vüqar Bayramov

Türkmənistan “Bakı-Tiflis-Qars”a qoşula bilərmi Ekspert şərhi

107
(Yenilənib 17:56 25.10.2018)
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir

“Türkmənistanın 2017-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək”. Bunu baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir: 

“Bu, bizə imkan verir ki, Avropa və Asiyanı, xüsusən də Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini dəmiryolu xətti vasitəsilə birləşdirmək mümkün olsun. Asiyada Çin və digər ölkələr regiona böyük məbləğdə məhsullar ixrac edir. Bu da onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Sözügedən dəmir yolu xətti həm də Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

107