Azər Həsrət

Ekspert: “Qərb mediasına inam getdikcə azalır”

74
(Yenilənib 18:04 25.10.2018)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, 20-30 il öncə qərb insanlarının bu region haqqında alternativ informasiya almaq imkanı yox idi

Fransızların 1/4-i (və ya 25%-i), almanların, ingilislərin və amerikalıların 1/3-i (müvafiq olaraq 39, 33 və 39%-i) hesab edir ki, onların ölkələrində KİV Rusiya ilə bağlı obyektiv yazır. Sözügedən sorğu Sputnik.Rəy layihəsi çərçivəsində IFop şirkəti tərəfindən Sputnik İnformasiya Agentliyi və Radiosu üçün keçirilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, qərb ölkələrində insanların mediaya çıxışı problemli olmadığı üçün alternativ informasiya əldə edə bilirlər: 

“Ona görə də, onlar yayılmış hər hansı informasiyanı müxtəlif resurslardan dəqiqləşdirirlər. Nəzərə alsaq ki, 20-30 il öncə qərb insanlarının bizim region haqqında alternativ informasiya almaq imkanı yox idi və onlar öz ölkələrində yazılan informasiyalara inanmağa məcbur idilər. Amma indi alternativlərin və medianın əlçatan olması vəziyyəti dəyişib. Bu gün siyasi maraqlara xidmət edən qərb mediasının yazdıqlarını oxucular alternativ mənbələrdən dəqiqləşdirə bilirlər. Ona görə də qərb mediasına inam getdikcə azalır”. 

Qeyd edək ki, Sputnik.Rəy ictimai rəyin öyrənilməsi üzrə beynəlxalq layihəsi 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

74