Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov

Samir Axundov: “Elektrik enerjisinə dair yeni qanun layihəsi hazırlanıb”

653
(Yenilənib 17:49 25.10.2018)
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundov deyir ki, enerji resurslarından səmərəli istifadəyə dair qanun layihəsi üzərində də iş aparılır və hazırda aidiyyəti qurumlarla bu məsələyə baxılır

“Elektroenergetika sahəsi üzrə qanunvericilikdə lazımi dəyişikliklərin aparılması üçün işlər görülür”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundov deyib.

O bildirib ki, agentliyin məqsədi istehlakçıları davamlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin etməkdir: 

“Bununla bağlı bizim 11 regional idarəmiz fəaliyyət göstərir. Bu ilin 9 ayı ərzində bizə 5600 müraciət daxil olub. Bunlar əsasən buraxılış üçün icazələr, şikayətlər, yoxlamalar və sayğaclarla bağlıdır. Bütün müraciətlər öz icrasını tapır. Bizim digər fəaliyyətimiz kommunal xidmətlər sahəsində keyfiyyətin artırılması və Avropa standartlarına uyğunlaşdırılmasıdır. Bununla bağlı qanunvericilikdə lazımi dəyişikliklərin aparılması üçün işlər görülür. Bunlar əsasən bazar münasibətlərinin yaradılması, tariflərin düzgün hesablanması, xərclərə nəzarət olunmasını əhatə edir. Elektrik enerjisinə dair yeni qanun layihəsi hazırlanıb, yoxlanmağa verilib və qəbul olunma prosesi gedir. Enerji resurslarından səmərəli istifadəyə dair qanun layihəsi üzərində də iş aparılır və hazırda aidiyyəti qurumlarla bu məsələyə baxılır. Həmçinin qaz təchizatı üzrə qanunun da yenidən işlənməsi nəzərdə tutulur”.

Samir Axundovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

653