Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “ABŞ-ın Yaxın Şərq siyasəti məqsədinə çatmayacaq”

45
(Yenilənib 12:38 26.10.2018)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, kral ailəsinin apardığı siyasət Səudiyyə Ərəbistanının dövlət olaraq sıradan çıxarır

Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına onun ölkəsinin jurnalisti Camal Qaşıqçının ölümünün təfərrüatları ilə bağlı verdiyi izahatın etimada layiq olmadığını deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Avropa və ABŞ-ın demokratiya arxasınca qaçdığını düşünmürəm: 

“Kral ailəsinin apardığı siyasət Səudiyyə Ərəbistanını dövlət olaraq sıradan çıxarır. Səudiyyə Ərəbistanı təkcə neft deyil, həm də əhəmiyyətli regional faktordur. Bu dövlət bir neçə dəfə ABŞ-ın arzularına uyğun olaraq geo-siyasi sifarişlər yerinə yetirib. Əgər Səudiyyə Ərəbistanı iflasa uğrasa, ABŞ-ın yaxın şərq siyasəti qurula bilməyəcək. Belə bir faktrın qərbin əlindən çıxması ABŞ və Avropa ölkələrində qorxu yaradıb”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

45